Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 10-cu turunun oyunları ilə bəzi qərarlar qəbul edilib.
Arena.az xəbər verir ki, son turun görüşlərində qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verilib.
“Neftçi” – “Səbail” oyununun 81-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Neftçi” klubu buna görə 1000 manat cərimə edilib. Oyunun fasiləsində meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” klubu daha 800 manat cərimə ödəyəcək.
“Zirə” – “Sabah” oyununun 45+4-cü dəqiqəsində “Sabah”ın köməkçi məşqçisi Saşa Sablyak oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. “Sabah” klubu buna görə 1000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Sumqayıt” – “Turan Tovuz” oyununun 2-ci hissəsi “Turan Tovuz” klubu meydançaya gec çıxdığına görə gec başladığı üçün Tovuz klubu 1500 manat cərimə edilib.