“Kür-Araz”ın oyunçusu Elnur Məmmədov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verdiyi apellyasiya şikayəti təmin olunmayıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Apellyasiya Arbitraj Tribunalı İkinci Liqanın 2025/2026-cı illər mövsümünün 2-ci turunda “Göygöl”lə matçdan sonra 4 oyunluq diskvalifikasiya edilmiş kapitanın cəzasını qüvvədə saxlayıb.
Xatırladaq ki, “Göygöl” və “Kür-Araz” komandaları arasında keçirilmiş görüşdən sonra Elnur Məmmədov ikinci sarı vərəqə ilə cəzalandığı üçün qırmızı vərəqəyə layiq görülüb. O, həm qırmızı vərəqə aldığına, həm də oyunun hakimlərini təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Kür-Araz” klubu isə buna görə 1000 manat cərimə ödəməlidir.
Sentyabr ayında Göygöl Olimpiya İmdna Kompleksinin stadionunda keçirilmiş bu oyunda meydan sahibləri “Kür-Araz”ı 1:0 hesabıyla məğlub etmişdilər.



