AFFA “Göygöl”ü futbolçusuna və təcili yardıma görə cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, tədbirdə İkinci Liqanın 10-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul olunub.

Arena.az həmin qərarların siyahısı ilə sizi də tanış edir:

“Füzuli” – “Saatlı-Araz” oyununda “Saatlı-Araz” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Saatlı-Araz” komandası 70 manat cərimə edilib.

“Lerik” – “Kür-Araz” oyununda “Lerik” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Ağdaş” – “Şahdağ Qusar” oyununda “Ağdaş”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 150 manat cərimə edilib.

“Göygöl” – “Şəfa” oyununun 83-cü dəqiqəsində “Göygöl”ün futbolçusu Elşən Mirzəyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. “Göygöl” komandası buna görə 200 manat cərimə edilib. Oyun Təcili Tibii Yardım avtomobilinin gec gəlməsi səbəbindən gec başladığı üçün “Göygöl” komandası 100 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: