AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

Sentyabrın 13-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Arena.az bu barədə qurumun rəsmi saytına istinadən xəbər verir.

Məlumatda bildirilir ki, saat 15:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

  1. Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi
  2. AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat
  3. Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı
  4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr
  5. İntizam Komitəsinə yeni üzvlərin təsdiqi
  6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi
  7. Qadın Liqalarının 2024/2025-ci illər mövsümü üçün təkliflərin müzakirəsi
  8. Digər məsələlər.