AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli oldu

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

Arena.az xəbər verir ki, milli assosiasiyanın Hesabat-Seçki Konfransında yeni üzvlər təsdiqlənib.

Beləliklə, AFFA İcraiyyə Komitəsinin yeni tərkibi aşağıdakılardan ibardətdir:

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer

  1. Səməd Qurbanov – “Neftçi” Peşəkar Futbol Klubu tərəfindən
  2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
  3. Xəyal Cəfərov – “Sumqayıt” Futbol Klubu tərəfindən
  4. Qurban Qurbanov – “Qarabağ” Futbol Klubu tərəfindən
  5. Maqsud Adıgözəlov – “Sabah” Futbol Klubu tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

  1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
  2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
  3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

  1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
  2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

  1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
  2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən

Xatırladaq ki, bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilib. Konfransda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf quruma yeni prezident seçilib. O, bu postda Rövnəq Abdullayevi əvəz edib. Rövşən Nəcəf Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tarixində 4-cü prezidentdir. Rövnəq Abdullayevdən öncə bu quruma Fuad Musayev və Ramiz Mirzəyev də rəhbərlik ediblər. 16 ildir Azərbaycan futboluna rəhbərlik edən Rövnəq Abdullayev isə bu seçkidə namizəd olmayacağını hələ xeyli müddət öncə açıqlamışdı.