Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqa, Əvəzedicilər Liqası və İkinci Liqa ilə bağlı qərarlar qəbul olunub.
Arena.az xəbər verir ki, bu liqalar çərçivəsində keçirilən son oyunlardakı qayda pozuntularına aşağıdakı kimi hüquqi qiymət verilib:
Azərbaycan Premyer Liqası, 5-ci tur
“Sumqayıt” – “Araz Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan klubu 700 manat cərimə edilib.
“Şamaxı” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şamaxı” 800 manat cərimə edilib.
“Kəpəz” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilib.
“Zirə” – “Qarabağ” oyununun 29-cu dəqiqəsində “Zirə”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə”yə xəbərdarlıq edilib.
Əvəzedicilər Liqası, 5-ci tur
“Neftçi-2” – “Şamaxı-2” oyununun 81-ci dəqiqəsində “Şamaxı”nın futbolçusu Ayxan Mustafazadə ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Şamaxı” buna görə 50 manat cərimə edilib. Oyunun 81-ci dəqiqəsində “Şamaxı”nın baş məşqçisi Məqsəd Yaqubəliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Şamaxı-2” buna görə 100 manat cərimə edilib.
“Kəpəz-2” – “Sabah-2” oyununda stadionda texniki zona xətlənmədiyinə görə Gəncə komandası 100 manat cərimə edilib.
“Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə meydan sahibi komandası 70 manat cərimə edilib. Oyuna Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sumqayıt” 100 manat cərimə edilib.
“Zirə-2” – “Qarabağ-2” oyununda “Zirə” “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə sözügedən komanda 50 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Səbail-2” oyununun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə Tovuz komandası 80 manat cərimə edilib. “Turan Tovuz”un 6 futbolçusu sarı vərəqə aldığına görə Tovuz klubu 70 manat cərimə edilib.
İkinci Liqa, 1-ci tur
“Lerik” – “Füzuli” oyununda “Füzuli” komandası matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə sözügedən klub 100 manat cərimə edilib.
“Hypers Quba” – “Saatlı-Araz” oyununun 50-ci dəqiqəsində “Hypers Quba” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə sözügedən klub 80 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Hypers Quba” 80 manat cərimə edilib. “Hypers Quba” komandası AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyinə görə sözügedən klub 200 manat cərimə edilib. “Saatlı-Araz” komandası “A Buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə sözügedən klub 50 manat cərimə edilib. “Hypers Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə bu komanda 70 manat cərimə edilib. “Hypers Quba” komandasının heyətində protokolda adı olmayan 99 nömrəli futbolçu Hakan Həsənov oyuna daxil olduğuna görə bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. “Hypers Quba” buna görə 400 manat cərimə də edilib.
“Şəki Siti” – “Şəmkir” oyununda “Şəmkir”in 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Oyununun 84-cü dəqiqəsində “Şəki Siti”nin heyətində protokolda adı olmayan 77 nömrəli futbolçu Ramin Məmmədov oyuna daxil olduğuna görə Şəki komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Komanda buna görə 400 manat cərimə edilib.
“Şəfa” – “Qusar” oyununda “Şəfa”nın 4 futbolçusu sarı vərəqə aldığına görə bu klub 70 manat cərimə edilib.
“Ağdaş” – “Kür-Araz” oyununun 71-ci dəqiqəsində “Ağdaş”ın futbolçusu Vasif Nəsirov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Ağdaş” klubu buna görə 50 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Ağdaş” 80 manat cərimə edilib.