AFFA “İrəvan”a texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Liqanın 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“İmişli” – “İrəvan” oyunu qonaq komandanın matça gəlməməsi səbəbindən baş tutmadığına görə “İrəvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib. “İrəvan” klubu buna görə 400 manat cərimə də ödəyəcək.

“Qaradağ Lökbatan” – “Zaqatala” oyununda “Zaqatala”nın futbolçusu Nicat Oruclu ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Zaqatala” klubu buna görə 50 manat cərimə edilib.

“Araz Saatlı” – “Difai Ağsu” oyununda “Araz Saatlı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə Saatlı klubu 70 manat cərimə edilib. “Araz Saatlı”nın futbolçusu Həmzə Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Araz Saatlı” buna görə 80 manat cərimə edilib. “Difai Ağsu”nun futbolçusu Seymur Rəhimov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Difai Ağsu” klubu buna görə 50 manat cərimə edilib.

“Karvan” – MOİK oyununda “Karvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Yevlax klubu 70 manat cərimə edilib. MOİK-in də 5 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 70 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: