AFFA “Kəpəz”i polisə, “Qarabağ”ı futbolçularına görə cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 26-cı turundan təxirə salınmış və mayın 19-da baş tutan “Kəpəz-2” – “Qarabağ-2” oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

Oyundan öncəki iclasda polis nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz” klubu 40 manat cərimə edilib.

“Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Ağdam klubu 80 manat cərimə edilib.

Xatırladaq ki, “Kəpəz”lə “Qarabağ”ın əvəzedici komandalarının bu oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.