AFFA kubok oyunlarına görə “Qarabağ” və “Neftçi”ni cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Azərbaycan Kubokunun 1/4 final məthələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qarabağ” – “Sabah” oyununun 78-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Riçard Almeyda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. Ağdam klubu buna görə 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Qəbələ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan klubu 700 manat cərimə edilib.

“Neftçi” – “Sumqayıt” oyununda “Neftçi”nin 6 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 700 manat cərimə edilib. “Sumqayıt”ın da 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klubu 700 manat cərimə ödəməli olacaq. Oyun bitdikdən sonra “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Bakı klubu 1500 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: