AFFA “Kür-Araz” – “Şahdağ Qusar” oyunu ilə bağlı cəzaları açıqladı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqadakı müxtəlif qayda pozuntularına hüquqi qiymət verilib.

Arena.az xəbər verir ki, müzakirələrdən sonra 18-ci turun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Lerik” – “Şəki Siti” oyununda “Şəki Siti”nin futbolçusu Süleyman Rauflu rəqibi aşkar qol imkanında məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Şəki klubu buna görə 80 manat cərimə edilib.

“Kürmük Qax” – “Dinamo” oyununda “Kürmük Qax”ın futbolçusu Cavidan Ömərli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Kürmük Qax” buna görə 50 manat cərimə ödəyəcək. “Kürmük Qax”ın azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kürmük Qax”a xəbərdarlıq edilib.

“Kür-Araz” – “Şahdağ Qusar” oyununda “Kür-Araz”ın 6 futbolçusu sarı vərəqə aldığına görə “Kür-Araz” 70 manat cərimə edilib. “Kür-Araz”ın futbolçusu Museyib Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Kür-Araz” buna görə 50 manat cərimə ödəyəcək. “Şahdağ Qusar”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Qusar klubu 70 manat cərimə ödəyəcək. “Şahdağ Qusar”ın futbolçusu Salman Atluxanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Şahdağ Qusar” buna görə 50 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə meydan sahibi “Kür-Araz” 80 manat cərimə edilib.