Azərbaycanda futbol üzrə aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri təsdiq olunub. Arena.az xəbər verir ki, bu barədə bu gün “Fairmont” hotelində baş tutan AFFA İcraiyyə Komitəsinin iclasında müvafiq qərarlar qəbul olunub.
Qərara əsasən, U-19 yığmamız Aqil Nəbiyevə, U-18 Elxan Abdullayevə, U-17 Füzuli Məmmədova, U-15 və U-16 İlham Yadullayevə tapşırılıb. 19 yaşadək qızlardan ibarət yığmanın baş məşqçisi isə Həbib Ağayev olacaq.
U-19 – Aqil Nəbiyev
U-18 – Elxan Abdullayev
U-17 – Füzuli Məmmədov
U-16; U-15 – İlham Yadullayev
U-19 (qızlar) – Həbib Ağayev