AFFA millimizin həkimlərinə təşəkkürnamə təqdim etdi

AFFA tərəfindən Azərbaycan milli komandalarının həkimləri Lalə İbrahimova və Natiq Süleymanova təşəkkürnamə təqdim olunub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Koronavirus pandemiyası və Vətən müharibəsi dövründə müxtəlif tibb müəssisələrində fəaliyyət göstərmiş bu iki həkimə təşəkkürnamə verilməsi ilə bağlı AFFA İcraiyyə Komitəsi müvafiq qərar qəbul edib.

İbrahimova pandemiya, Süleymanov isə müharibə dövründəki fəaliyyətinə görə sözügedən mükafata layiq görülüb.