Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 7-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Azərbaycan Premyer Liqası, 7-ci tur
“Araz-Naxçıvan” – “Kəpəz” oyununda hesab tablosu işləmədiyinə görə Naxçıvan komandası 2000 manat cərimə edilib.
“Neftçi” – “Sabah” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” 5000 manat cərimə edilib. Bu oyunda “Sabah”da 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.
“İmişli” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” komandası 2500 manat cərimə edilib.


