Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasının 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sumqayıt-2” – “Kəpəz-2” oyununda “Kəpəz”in futbolçusu Nicat Verdiyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Gəncə komandası buna görə 200 manat cərimə edilib.
“Zirə-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığına görə Tovuz komandası 70 manat cərimə edilib.
“Qəbələ-2” – “Səbail-2” görüşündə hakim-inspektor oyunun videoyazısı ilə təmin edilmədiyinə görə “Qəbələ” komandası 50 manat cərimə edilib.