AFFA PFL-ə müraciət etdi, “Kəpəz” – “Qarabağ” matçı…

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət ünvanlayıb.

Arena.az bu barədə PFL-in rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, 15 mart 2025-ci ildə Tovuz şəhərində Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcək. Bu səbəbdən AFFA həmin gün Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmalı olan “Qarabağ” – “Kəpəz” matçının yerinin dəyişdirilməsi ilə bağlı PFL-ə müraciət edib. PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün təqviminə aşağıdakı dəyişikliyin edilməsinə qərar verib:

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Qarabağ” – “Kəpəz” oyunu ilə 35-ci turun “Kəpəz” – “Qarabağ” oyununun yeri dəyişdirilib. Matç saat 17:00-da start götürəcək.