Ötən gün AFFA tərəfindən Milli Komandaların Təlim-Məşq Mərkəzində Premyer Liqa hakimləri üçün seminar keçirilib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi məlumat yayıb.
Xəbərdə bildirilir ki, tədbirdə Hakimlər Komitəsinin sədri Frank De Blekere və VAR üzrə mütəxəssis Kristof Dierik iştirak ediblər.
Sessiyanın bir hissəsi meydanda, bir hissəsi isə iclas zalında baş tutub. Praktiki dərsin ardından Azərbaycan Premyer Liqasında 11-ci turun oyunlarının detallı təhlili aparılıb. Kristof Dierik VAR-la bağlı təlimatlar verib.
Daha sonra hakim-inspektorlarla iclas keçirilib. Onlara hakim idarəçiliyinin qiymətləndirilməsi haqqında təlimatlar verilib.