AFFA Premyer Liqa klublarının və əvəzedicilərini cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

Arena.az sözügedən turnirlərdə 9-cu turun oyunları ilə bağlı çıxarılmış qərarların siyahısını təqdim edir:

Azərbaycan Premyer Liqası, 9-cu tur

“Səbail” – “Şamaxı” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib. Oyunun 63-cü dəqiqəsində “Şamaxı”nın futbolçusu Brahim Konate ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 500 manat cərimə edilib.

“Turan Tovuz” – “Zirə” oyunu bitdikdən sonra “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Tovuz klubu 800 manat cərimə edilib.

“Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə sözügedən klub 800 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 9-cu tur

“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə aldığına görə Gəncə komandası 70 manat cərimə edilib. Bu oyunda Əsasnamənin tələbləri pozulduğuna görə Gəncə komandası 50 manat cərimə edilib. Oyunun keçirildiyi stadionun texniki zonası xətlənmədiyinə görə Gəncə klubu 100 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Zirə-2” oyununun 90-cı dəqiqəsində “Turan Tovuz”un futbolçusu Cavid Qasımov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib.

“Sumqayıt-2” – “Qarabağ-2” oyunu qapı torunda problemlər olması səbəbindən gec başladığı üçün “Sumqayıt” 100 manat cərimə edilib.

“Səbail-2” – “Şamaxı-2” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün Şamaxı komandası 70 manat cərimə edilib.

“Sabah-2” – “Araz-Naxçıvan-2” oyununda “Sabah”da 5 nəfər sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.