AFFA Premyer Liqanın 5 klubunu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqanın 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Keşlə” – “Qarabağ” oyunu bitdikdən dərhal sonra azarkeşlər meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub. “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.

“Səbail” – “Zirə” matçının 45-ci dəqiqəsində azarkeş meydana daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub. “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

“Sabah” – “Neftçi” oyununda “Neftçi”nin azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.