AFFA prezidenti Tailandda bir sıra görüşlər keçirib

AFFA prezidenti Rövşən Nəcəf Tailandın paytaxtı Banqkokda təşkil olunmuş FIFA-nın 74-cü Konqresində bir sıra görüşlər keçirib.

Arena.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, AFFA prezidenti Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Çexiya, Şotlandiya, Uels və Şimali İrlandiya futbol federasiyalarının rəhbərliyi ilə görüşüb.

Burada müxtəlif mövzülarda fikir mübadiləsi aparılıb, gələcəkdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Xatırladaq ki, bu gün Tailandın paytaxtı Banqkokda FİFA-nın 74-cü Konqresi keçirilir. Tədbirdə AFFA-nın prezidenti Rövşən Nəcəf və icraçı vitse-prezident Sərxan Hacıyev iştirak edirlər.