AFFA prezidenti UEFA İcraiyyə Komitəsinin üzvü ilə görüşdü

AFFA prezidenti Rövşən Nəcəf Danimarka Futbol Assosiasiyasının (DBU) rəhbəri, UEFA İcraiyyə Komitəsinin üzvü Yesper Möllerlə görüşüb.

Arena.az bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

Görüşdə AFFA və DBU arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Əsasən uşaq futbolunun və hakimliyin inkişafı, eləcə də daxili liqaların formatı barədə müzakirələr olub. Rövşən Nəcəf AÇ-2024 çərçivəsində keçirəcəyi oyunlarda Danimarka milli komandasına uğurlar arzulayıb.

Yesper Möller xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəflə Avstriya Futbol Assosiasiyasının (ÖFB) baş katibi Tomas Hollerer arasında da görüş keçirilib. Görüşdə AFFA və ÖFB arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Əsasən uşaq futbolu, kütləvi futbol və qadın futbolu müzakirə mövzuları olub.

Rövşən Nəcəf AÇ-2024 çərçivəsində keçirəcəyi oyunlarda Avstriya milli komandasına uğurlar arzulayıb.

Tomas Hollerer xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.