AFFA qərar verdi: “İrəvan” bu oyunçulara pul ödəyəcək

AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi Birinci Liqada mübarizə aparan “İrəvan” klubu ilə bağlı qərarlarını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “İrəvan” Futbol Klubu tərəfindən Əlizadə Asim Xosrov oğluna ödənilməyən və ödənilməli olan xidmət haqqı məbləği 1 may 2024-cü il tarixinədək ödənilməlidir. O cümlədən hər ay futbolçuya ödənilməli olan xidmət haqqı məbləği tərəflər arasında mövcud olan müqavilənin sonuna qədər Asim Əlizadəyə ödənilməlidir.

“İrəvan” Futbol Klubu tərəfindən Jidkov Aleksandr Vitalyeviçə ödənilməyən və ödənilməli olan xidmət haqqı məbləği isə birdəfəlik qaydada Jidkova ödənilməlidir.

“İrəvan” Futbol Klubu ilə Tağıyev Cavid Qabil oğlu arasında mövcud olan müqaviləyə də xitam verilib.