Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Birinci Divizionun 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qəbələ-2” – MOİK oyununda MOİK-in futbolçusu Kamil Hüseynov ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb. Onun klub isə buna görə 20 manat cərimə edilib. Təcili Tibbi Yardım maşını təyin edilən vaxtdan gec gəldiyinə görə “Qəbələ” klubu 40 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Mingəçevir” oyununda “Turan Tovuz”un futbolçusu Abbas Ağazadə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb. Onun klubu isə buna görə 20 manat cərimə edilib.
“Şamaxı-2” – “Zaqatala” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib. “Zaqatala”nın futbolçusu İbrahim Qədirzadə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb. Onun klubu buna görə 20 manat cərimə edilib.
“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Gəncə klubu 80 manat cərimə edilib. Meydançaya kənar əşya atıldığına görə Gəncə klubu daha 160 manat cərimə edilib.
“İmişli” – “Qarabağ-2” oyunununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Ağdam klubu 80 manat cərimə edilib. “Qarabağ”ın futbolçusu Elmir Abbasov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Onun klubu isə buna görə 160 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 160 manat cərimə edilib.