Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail” – “Qəbələ” oyununda “Səbail”in futbolçusu Qustavo de Fransa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Onun klubu isə buna görə 200 manat cərimə olunub.
“Qarabağ” – “Neftçi” oyununun 54-cü dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün Ağdam klubu 4000 manat cərimə olunub. 54-cü dəqiqədə “Neftçi”nin azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün paytaxt klubu da 4000 manat cərimə olunub.
“Sumqayıt” – “Kəpəz” oyununda “Sumqayıt”ın azarkeşləri tərəfindən matçın başlanmasına bir dəqiqə qalmış meydançaya kənar əşyalar atıldığına görə “Sumqayıt” klubu 1600 manat cərimə olunub. “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün Gəncə klubu 800 manat cərimə olunub.