AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA tərəfindən Avropa Konfrans Liqasının oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Barış Şimşək Maltada “Baltsan” və Sloveniyanın “Domjale” komandaları arasında keçiriləcək 1-ci təsnifat mərhələsinin cavab oyununda hakim-inspektor olacaq.
Xatırladaq ki, “Baltsan”la “Domjale” arasındakı ikinci qarşılaşma iyulun 18-də baş tutacaq.