AFFA “Səbail”i cərimələdi – Oyuna gec gəldiyinə görə

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Səbail” oyununda “Səbail”in kollektivi stadiona gec gəldiyinə görə klub 800 manat cərimə olunub.

1/4 final mərhələsinin “Keşlə” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.