Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Premyer Liqa və Birinci Divizion oyunları ilə bağlı yeni qərarlar qəbul olunub.
Azərbaycan Premyer Liqasının 6-cı turunun “Zirə” – “Sumqayıt” oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 800 manat cərimə olunub.
“Keşlə” – “Sabah” oyununda “Sabah”ın bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyinə görə klub 800 manat cərimə olunub. Klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. Mətbuat konfransı zamanı “Sabah”ın baş məşqçisi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilib.
Birinci Divizionun 3-cü turunun “Keşlə-2” – “Qəbələ-2” oyununda “Keşlə”nin qapıçısının formasında qüsur olduğundan oyunun ikinci hissəsi gec başlandığı üçün klub 80 manat cərimə olunub.