AFFA “Sabah”ın Tuncay Cəfərli ilə bağlı şikayətini qismən təmin etdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah”ın futbolçusu Tuncay Cəfərli ilə bağlı klubun apellyasiya şikayətini qismən təmin edib.

Arena.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, AFFA Gənclər Liqasında çıxış edən oyunçunun 4 matçlıq cəzası 2-yə endirilib. “Araz-Naxçıvan”la görüşdə topsuz sahədə rəqibi vurduğu üçün qırmızı vərəqə alan Tuncay Cəfərli AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq diskvalifikasiya olunmuşdu. Lakin Apellyasiya Arbitraj Tribunalı bu qərarı ləğv edib.

Futbolçunun davranışı ciddi qayda pozuntusu kimi qiymətləndirilib. Bu üzdən də ona 2 matçlıq cəza verilib.