Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələr nəticəsində Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş “Sumqayıt” – “Qəbələ” oyunu ilə bağlı bir qərar qəbul olunub.
Qərara əsasən, “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
Xatırladaq ki, “Sumqayıt” doğma meydanda baş tutan bu oyunda “Qəbələ”yə 0:1 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab qarşılaşması fevralın 13-də Qəbələdə baş tutacaq.


