AFFA-nın Apelyasiya Arbitraj Tribunalı “Sumqayıt” və “Zirə” klublarırnın müraciətinə baxıb.
Arena.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisinin şikayəti müsbət cavablandırılıb, zirəlilərin şikayəti isə təmin edilməyib:
- “Sumqayıt” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
- AFFA İntizam Komitəsinin 05.05.2021-ci ildə qəbul etdiyi qərarla Camaləddin Xocaniyazova verilən 4 oyun kənarlaşdırılma cəzası və kluba tətbiq edilən 3200 (üç min iki yüz) manat cərimə, müvafiq olaraq 2 oyun kənarlaşdırılma cəzası və 1600 (min altı yüz) manat cərimə ilə əvəz edilsin.
- Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
- “Zirə” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
- AFFA İntizam Komitəsinin 05.05.2021-ci il tarixində “Zirə” Futbol klubu və klubun məşqçisi Eltun Yaqublu barədə verdiyi qərar qüvvədə saxlanılsın.
- Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.


