Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilmiş oyunlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz”un azarkeşləri hakimlərə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə Tovuz klubu 4000 manat cərimə olunub.
“Turan Tovuz”un azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə Tovuz klubu əlavə 1600 manat da cərimə olunub.
“Kəpəz” – “Qəbələ” matçında Təcili Tibbi Yardım oyuna gecikdiyinə görə meydan sahibi klub 1600 manat cərimə olunub. Oyundan əvvəl polis iclasa gəlmədiyinə görə meydan sahibi klub 800 AZN cərimə olunub.