Mayın 26-da AFFA-nın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnir keçiriləcək. Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq turnirdə 10 komanda iştirak edəcək: AFFA, PFL, Klublar, Hakimlər, Veteranlar, Media, Könüllülər, SOCAR, BOS və Sponsorlar.
Komandalar 2 qrupa bölünəcək. Hər qrupda 5 komanda mübarizə aparacaq. Qruplarda birinci yeri tutan komandalar arasında turnirin qalibini müəyyənləşdirmək üçün final oyunu keçiriləcək.
Turnirə saat 16:30-da start veriləcək. Final oyunu saat 20:00-da başlayacaq. Oyunlar Bakı Olimpiya Stadionunun əsas meydanında keçiriləcək.
AFFA oyunları izləmək istəyən azarkeşlər və mətbuat nümayəndələri üçün stadiona girişin sərbəst olacağını açıqlayıb.