Azərbaycanda VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı ilkin prosesə müvafiq protokollara uyğun olaraq start verilib.
Arena.az xəbər verir ki, qarşıdakı günlərdə bununla əlaqədar FİFA ilə videokonfrans formatında görüş keçiriləcək.
Görüşdə mövcud vəziyyət, həmçinin həyata keçiriləcək işlər müzakirə olunacaq.
VAR sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi barədə AFFA İcraiyyə Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin koronavirus pandemiyası ilə əlaqədar proses bir müddət təxirə salınmışdı.