AFFA VAR sisteminin tətbiqi ilə bağlı detalları açıqladı

Azərbaycanda VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı bu gün FİFA ilə videokonfrans formatında ilk görüş keçirilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, proses bu ilin martından mərhələli şəkildə təmin olunacaq.

Birinci mərhələdə ali futbol qurumu VAR-la bağlı ilkin rəy verəcək və bu, 1,5-3 ay davam edəcək. İkinci etapda müvafiq bəyannamə qəbul olunacaq. Hazırlıq və məşq mərhələsindən sonra layihə təsdiqlənəcək.

Sonuncu – 5-ci isə monitorinq və nəzarət mərhələsidir ki, bu da davamlı şəkildə keçiriləcək.

Qeyd edək ki, pandemiya ilə əlaqədar göstərilmiş müddətlərdə müəyyən gecikmələr ola bilər.