AFFA Vüqar Mustafayevi 2 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının və Birinci Divizionun son oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqası, 28-ci tur

“Turan Tovuz” – “Sumqayıt” oyununda “Sumqayıt”ın futboçusu Vüqar Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Onun klubu isə buna görə 1600 manat cərimə edilib.

“Kəpəz” – “Səbail” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olub. Buna görə “Kəpəz” klubu 1600 manat cərimə edilib.

“Sabah” – “Qəbələ” oyunundan əvvəl meydançaya kənar şəxslər daxil olub. Buna görə “Sabah” klubu da 1600 manat cərimə edilib.

Birinci Divizion, 22-ci tur

“Zirə-2” – MOİK oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə olunub.

“Sumqayıt-2” – “Mingəçevir” oyununda “Mingəçevir”in futbolçusu Elvin Əlizadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, buna görə AFFA tərəfindən 1 oyun cəzalanıb, klubu isə 20 manat cərimə olunub.

“Şamaxı-2” – “Səbail-2” oyununda xərəkdaşıyan uşaqların yaşı əsasnamənin tələblərinə uyğun olmadığına görə “Şamaxı” klubu 80 manat cərimə olunub.

“İmişli” – “Neftçi-2” oyununda “İmişli”nin futbolçusu Elnur Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. O, buna görə 1 oyun cəzalanıb, klubu isə 20 manat cərimə edilib.

“İmişli” – “Neftçi-2” oyununda PFL əsasnaməsinin 9-cu bəndi pozulduğuna görə “İmişli” klubu 80 manat cərimə edilib.

“Kəpəz-2” – “Qaradağ Lökbatan” oyununda “Kəpəz”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə, Gəncə klubu 80 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: