AFFA “Xankəndi”ni 450, “Karvan”ı 210 manat cərimə etdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 4-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 4-cü tur

“Səbail” – “Karvan” oyununda “Karvan”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün Yevlax komandası 210 manat cərimə edilib.

“Şimal” – “Xankəndi” oyunu “Xankəndi” komandasının futbolçularının formasında problem olması səbəbindən gec başladığına görə sözügedən komanda 450 manat cərimə edilib.

“Gəncəbasar” – “Baku Sportinq” oyununda “Baku Sportinq”in 4 futbolçusu sarı vərəqə aldığı üçün “Baku Sportinq” komandası 210 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: