AFFA yeni mövsüm üçün hakimlərin siyahısını açıqladı

AFFA Hakimlər Komitəsi 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqası və Birinci Divizion oyunlarını idarə edəcək hakimlərin siyahısını təsdiqləyib. Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Hakimlər və hakim köməkçiləri kateqoriyalara bölünərkən performans, fiziki hazırlıq, təcrübə, potensial, oyun qaydaları bilikləri, oyunlar zamanı fəal iştirak, ümumi davranışlar, dil bilikləri və bu kimi digər meyarlar nəzərə alınıb.

Elit və Birinci Kateqoriya olaraq müəyyənləşdirilən yenilənmiş siyahı iyulun 1-dən qüvvəyə minəcək.

Aşağıdakı siyahıda yaşıl rənglə yüksələn, qırmızı rənglə isə aşağı kateqoriyaya düşən hakimlər qeyd olunub.

Qeyd edək ki, AFFA hakimlərin siyahısını hər mövsümdən öncə yeniləyir.