AFFA yeni turnir təsis etdi: İkinci Divizion!

Bu gün “Bakcell Arena”da baş tutan ölkə kubokunun final oyunundan öncə AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə toplantısı keçirilib.

Arena.az xəbər verir ki, iclasda 2023/2024 mövsümündən etibarən Azərbaycan çempionatında 10 klubun iştirakı ilə İkinci Divizion turnirinin keçirilməsi qərara alınıb.

Bununla bağlı müvafiq işlərin görülməsi üçün AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırıq verilib.

Xatırladaq ki, indiyə qədər Azərbaycanda Premyer Liqa və Birinci Divizion turnirləri keçirilirdi. Növbəti mövsümdən bütün bu yarışların 10 komandanın iştirakı ilə təşkili nəzərdə tutulub. Beləcə, Azərbaycan futbolunda üç müxtəlif turnirdə bütövlükdə 30 komandadanın mübarizə aparması gözlənilir.