Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.
Arena.az məlumat verir ki, ötən gecə 3-cü yer uğrunda oyun baş tutub.
Bürünc medal uğrunda Cənubi Afrika və Konqo Demokratik Respublikasının milli komandaları qarşılaşıblar. Oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Cənubi Afrika yığması Afrika Millətlər Kubokunun bürünc medallarına sahib çıxıb.
Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna bu gecə – fevralın 11-də yekun vurulacaq. Həlledici oyunda Nigeriya millisi meydan sahibi Kot-d’İvuar yığması ilə qarşılaşacaq.
Afrika Millətlər Kuboku
3-cü yer uğrunda oyun
10 fevral
Cənubi Afrika – Konqo DR 0:0 (penaltilər 6:5)
Final
11 fevral
00:00. Nigeriya – Kot-d’İvuar