Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.
Arena.az məlumat verir ki, fevralın 7-də yarımfinal mərhələsinin oyunları baş tutub.
Hər iki qarşılaşma eyni günə təsadüf edib. Nigeriya və Cənubi Afrika yığmaları arasındakı oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1. Bu üzdən qalibi penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Nigeriya yığması finala yüksəlib.
Turnirə ev sahibliyi edən Kot-d’İvuar yığması isə Konqo Demokratik Respublikasının milli komandası ilə üz-üzə gəlib. Meydan sahibləri tək qolla qalib gələrək həlledici oyunda iştirak hüququ əldə ediblər.
Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.
Afrika Millətlər Kuboku
Yarımfinal
7 fevral
Nigeriya – Cənubi Afrika 1:1 (penaltilər 4:2)
Qollar: Trost-Ekonq, 67-pen – Mokoena, 90-pen.
Kot-d’İvuar – Konqo DR 1:0
Qol: Haller, 65.


