Afrika Millətlər Kubokunda Əlcəzair qrup lideri oldu

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyinin doqquzuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

A qrupu çərçivəsində Liviya Efiopiya yığmasını, Mozambik isə meydan sahibi Əlcəzair millisini sınağa çəkib. Liviyalılar Efiopiya üzərindəki əzmkar qələbə sayəsində qrup mərhələsini üçüncü pillədə başa vurublar. Efiopiya isə qrup sonuncusu olub. Əlcəzair yığması son turda qazandığı 1:0 hesablı qələbədən sonra maksimum nəticə ilə qrup lideri kimi növbəti mərhələyə adlayıb. Mozambik yığması isə uduzmasına rəğmən, 4 xalla qrup ikincisi olub.

İlk dəfə Əlcəzairin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda mübarizəyə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
Qrup mərhələsi
21 yanvar

A qrupu

Liviya – Efiopiya 3:1
Qol: Arqub, 44. Əl Abasi, 50. Saltu, 78 – Panom, 39-pen.

Mozambik – Əlcəzair 0:1
Qol: Dehiri, 7.

Xal: Əlcəzair – 9. Mozambik – 4. Liviya – 3. Efiopiya – 1.