Afrika Millətlər Kubokunda bütün yarımfinalçılar bəlli oldu

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə Madaqaskar və Mozambik yığmaları üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı bu oyunda Madaqaskar milli komandası növbəti mərhələyə yüksələn tərəf olub.

Günün və mərhələnin son matçında isə Niger və Qana yığmaları qarşılaşıblar. Bu görüşdə də Niger milli komandası inamlı qələbə sayəsində yarımfinala yüksəlib.

Xatırladaq ki, Afrika Millətlər Kubokunda daha öncə Əlcəzair və Seneqal yığmaları da yarımfinala yüksəlmişdilər. Beləliklə, yarımfinalda Əlcəzair yığması Nigerlə, Seneqal seçməsi isə Madaqaskarla mübarizə aparacaq.

İlk dəfədir Əlcəzairdə təşkil olunmuş qitə birinciliyində mübarizəyə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
1/4 final

27 yanvar

Əlcəzair – Fil Dişi Sahili 1:0
Qol: Mahius, 90+6-pen.

Seneqal – Mavritaniya 1:0
Qol: L.Kamara, 34-pen.

28 yanvar

Madaqaskar – Mozambik 3:1
Qol: Razafidranayvo, 18. Razafindrakoto, 67. Ravelomanantsoa, 87 – Karvalyo, 90+4.

Niger – Qana 2:0
Qol: Seyni, 11. Haynikoye, 49.