Afrika Millətlər Kubokunda daha iki 1/4 finalçı bəlli oldu

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyinin 10-cu oyun günündə daha 2 qarşılaşma baş tutub.

B qrupu çərçivəsində “Seneqal” yığması Konqo Demokratik Respublikası ilə qarşılaşıb. 3 cavabsız qolla qalib gələn seneqallılar qrup lideri kimi 1/4 finala yüksəliblər.

Günün digər oyununda Uqanda və Fil Dişi Sahili yığmaları qarşılaşıblar. Dörd qolun qeydə alındığı bu oyundan inamlı qələbə ilə ayrılan Fil Dişi Sahili qrup ikincisi olub və mərhələ adlayıb.

İlk dəfə Əlcəzairin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda mübarizəyə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

Xatırladaq ki, daha öncə Əlcəzair və Mozambik yığmaları 1/4 finala vəsiqəni təmin etmişdilər.

Afrika Millətlər Kuboku
Qrup mərhələsi
22 yanvar

B qrupu

Seneqal – Konqo DR 3:0
Qol: Diuf, 23. Diallo, 74. Siadi, 77-öz qapısına.

Uqanda – Fil Dişi Sahili 1:3
Qol: Vaysva, 34 – Sankara, 12. Uotro, 27. Kramo, 78.

Xal: Seneqal – 6. Fil Dişi Sahili, 4. Uqanda – 4. Konqo DR – 2.