Afrika Millətlər Kubokunda finalçılar bəlli oldu

Futbol üzrə Afrika Millətlər Kubokunda yarımfinal mərhələsinin oyunları baş tutub. Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə keçirilib.

Əvvəlcə Əlcəzair və Niger yığmaları üz-üzə gəliblər. Qitə birinciliyinə ev sahibliyi edən Əlcəzair yığması bu görüşdə 5 cavabsız qolla qalib gələrək ilk finalçı olub.

Günün və mərhələnin son matçında isə Seneqal və Madaqaskar yığmaları qarşılaşıblar. Bu görüşdə də Seneqal milli komandası yeganə qolla qələbə qazanaraq finala yüksəlib.

Beləliklə, finalda Əlcəzair yığması Seneqalla üz-üzə gələcəksə, Niger və Madaqaskar komandaları üçüncü yer uğrunda oyunda münasibətlərinə aydınlıq gətirəcəklər.

İlk dəfədir Əlcəzairdə təşkil olunmuş qitə birinciliyində mübarizəyə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
Yarımfinal
31 yanvar

Əlcəzair – Niger 5:0
Qol: A.Abdellaui, 15. Mahius, 23; 34. Bureyma, 45-öz qapısına. Bayazid, 83.

Seneqal – Madaqaskar 1:0
Qol: Diallo, 5.

3-cü yer uğrunda oyun
3 fevral

20:00. Niger – Madaqaskar

Final
4 fevral

20:30. Əlcəzair – Seneqal