Afrika Millətlər Kubokunda Madaqaskar fırtınası davam edir

Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyinin 11-cu oyun günündə daha bir qarşılaşma baş tutub.

C qrupu çərçivəsində Madaqaskar milli komandası Sudan yığması ilə münasibətlərinə aydınlıq gətirib. Üç cavabsız qolla qalib gələn Madaqaskar komandası ardıcıl üçüncü qələbə sayəsində 1/4 finala maksimum nəticə və qrup lideri kimi adlayıb.

Mərakeş yığması isə siyasi səbəblərlə əlaqədar Əlcəzairə gəlmədiyindən, bu qrupun digər oyunu baş tutmayıb. Nəticədə texniki qələbəyə sevinən Qana yığması qrup ikincisi kimi 1/4 finala yüksəlib.

Xatırladaq ki, daha öncə Əlcəzair, Mozambik, Seneqal və Fil Dişi Sahili yığmaları da 1/4 finala vəsiqəni təmin etmişdilər.

İlk dəfə Əlcəzairin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda mübarizəyə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
Qrup mərhələsi

23 yanvar

C qrupu

Sudan – Madaqaskar 0:3
Qol: Randriantsiferana, 13. Razafidranaivo, 30. Rafanomezantsoa, 33.

Xal: Madaqaskar – 9. Qana – 6. Sudan – 3. Mərakeş – 0.