Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş budəfəki qitə birinciliyinin 12-cu oyun günündə daha iki qarşılaşma baş tutub.
D qrupu çərçivəsində Mavritaniya və Mali yığmaları üz-üzə gəliblər. Tək qolla qalib gələn mavritaniyalılar qrup lideri kimi 1/4 finala yüksəliblər.
E qrupunda isə Niger və Kamerun yığmaları qarşılaşıblar. Bu oyunda da nigerlilər yeganə qolla qələbə qazanıblar və lider kimi pley-offa vəsiqə qazanıblar. Kamerun yığması isə sürpriz şəkildə qrupda qalıb.
Xatırladaq ki, daha öncə Əlcəzair, Mozambik, Seneqal, Fil Dişi Sahili, Madaqaskar və Qana yığmaları da 1/4 finala vəsiqəni təmin etmişdilər.
Qrup mərhələsindən sonra turnirdə iki günlük fasilə yaranıb. 1/4 final mərhələsinin oyunlarına yanvarın 27-də start veriləcək. İlk dəfə Əlcəzairin ev sahibliyi etdiyi Afrika Millətlər Kubokunda mübarizəyə fevralın 4-də keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq.
Afrika Millətlər Kuboku
Qrup mərhələsi
24 yanvar
D qrupu
Mavritaniya – Mali 1:0
Qol: Mamadu İbrahima, 53.
Xal: Mavritaniya – 3. Anqola – 2. Mali – 1.
E qrupu
Niger – Kamerun 1:0
Qol: Badamassi, 69.
Xal: Niger – 4. Kamerun – 3. Konqo – 1.
Beləliklə, 1/4 finalda Əlcəzair Fil Dişi Sahiliylə, Seneqal Mavritaniya ilə, Madaqaskar Mozambiklə, Niger isə Qana ilə üz-üzə gələcək. Oyunların təqvimini təqdim edirik:
1/4 final
27 yanvar
20:00. Əlcəzair – Fil Dişi Sahili
23:00. Seneqal – Mavritaniya
28 yanvar
20:00. Madaqaskar – Mozambik
23:00. Niger – Qana