2025 və 2027-ci illərdə keçiriləcək futbol üzrə Afrika Millətlər Kubokunun ev sahibləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, iki il sonrakı yarış Mərakeşə həvalə olunub. Adətən qış aylarında təşkil olunan turnir bu dəfə yayda olacaq. Yarış 2025-ci ilin iyun-iyul aylarında keçiriləcək.
2027-ci ildəki Afrika Millətlər Kubokuna isə Keniya, Tanzaniya və Uqanda birgə evsahibliyi edəcəklər.