Afrikada son 10 ilin ən yaxşı futbolçusu bəlli oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Afrikada son 10 ilin ən yaxşı futbolçularını açıqlayıb.

Arena.az xəbər verir ki, birinci yerə İngiltərənin “Liverpul” klubunun və Misir millisinin hücumçusu Məhəmməd Salah layiq görülüb.

Bu barədə İFFHS-in rəsmi saytı məlumat yayıb. Salahın seneqallı komanda yoldaşı Sadio Mane ikinci, “Mançester Siti”də çıxış edən Əlcəzair yığmasının üzvü Riyad Mahrez isə üçüncü olub.