Aftandil Hacıyev “Səbail”lə yeni müqavilə imzaladı

“Səbail” PFK baş məşqçi Aftandil Hacıyev ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, Müşahidə Şurasının bu gün keçirilən iclasında Hacıyevin baş məşqçi postuna namizədliyi təsdiqlənib.

Təcrübəli mütəxəssislə 1+1 sistemi ilə müqavilə imzalanıb. Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Aftandil Hacıyev 2018-ci ildən bu komandanı çalışdırır. Onun rəhbərliyi altında komanda 2018/19 mövsümündə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb və UEFA Avropa Liqasının təsnifat mərhələsinin oyunlarına vəsiqə qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: