Ağakişi qardaşlarına daha bir beynəlxalq təyinat

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Ernest Ağakişi ilə Emil Ağakişi daha bir beynəlxalq oyuna təyinat alıblar.

Arena.az xəbər verir ki, təcrübəli referilər bu dəfə kişi həndbolçuların EHF Avropa Liqasında ədalət təmsilçisi olacaqlar.

Ağakişi qardaşları yarışın qrup mərhələsində Serbiyanın “Voyvodina” və Şimali Makedoniyanın “Alkaloid” komandalarının görüşünü idarə edəcəklər. Qarşılaşma noyabrın 28-də Novı Sad şəhərinin “Sportska hala Slana Bara” arenasında təşkil olunacaq.