Ağasif Rəhimov və Raziyə Seyidli Mayada qızıl medal qazandılar

Akrobatika gimnastikası üzrə milli komandamızın üzvləri Ağasif Rəhimov və Raziyə Seyidli 2023-cü ilin ilk dünya kubokunda iştirak ediblər. Arena.az xəbər verir ki, onlar Portuqaliyanın Maya şəhərində keçirilən mötəbər yarışda uğurlu nəticə ilə yadda qalıblar.

2023-cü il mövsümünün akrobatika gimnastikası üzrə ilk dünya kubokunda bir sıra tanınmış və titullu idmançılar iştirak ediblər. Yarış Azərbaycan üçün də uğurlu olub. Belə ki, ölkəmizi bu yarışda təmsil edən qarışıq cütlüyümüz Ağasif Rəhimov və Raziyə Seyidli fəxri kürsünün birinci pilləsinə yüksəliblər.

Avropa çempionatının gümüş mükafatçıları olan təmsilçilərimiz bununla da akrobatika gimnastikası üzrə ilin ilk medalını ölkəmizə qazandırıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: